Düşmən ciddi itki verdi

Düşmən ciddi itki verdi


Oktyabrın 15-i gün ərzində və 16-na keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində əməliyyat şəraiti yenə də gərgin olaraq qalıb.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən "Ölkə.Az"a bildirilib ki, işğaldan azad edilmiş Cəbrayıl və Hadrut istiqamətlərində yerləşən bölmələrimizin mövqelərini, eləcə də cəbhə xəttinə yaxın kəndləri düşmən dünən gün ərzində raket, artilleriya və minaatanlardan atəşə tutub.

Gecə ərzində cəbhənin bəzi istiqamətlərində düşmən fəallaşmağa cəhd göstərib. Qoşunlarımız tərəfindən bunun qarşısı alınıb, düşmən ciddi itki verib.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 “Qrad” YARS, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş 8 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Əldə olunan məlumata əsasən Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında hərbi qulluqçular və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər arasında kütləvi şəkildə fərarilik halı qeydə alınıb. Bunun qarşısını almaq məqsədilə Ermənistan rəhbərliyi Gorus və Turşsu yaşayış məntəqələrinin avtomobil yollarında hərbi polisin komendant postlarını qurub.

5-ci dağatıcı alayın müdafiə zolağında mövqe tutan şəxsi heyət arasında xeyli sayda ölən və yaralanan var. Alayın bölmələrində ərzaq və döyüş sursatı çatışmır.

10-cu alayın müdafiə zolağına könüllüləri daşıyan avtomobil texnikasının vurulması nəticəsində ölən və yaralanan var. Geri çəkilən düşmən, xeyli sayda avtomobil və zirehli texnikanı mövqedə buraxaraq qaçıb.

9-cu motoatıcı alayın müdafiə zolağında artilleriya batareyası məhv edilib, alay komandirinin müavini isə yaralanıb.

Dağlıq Qarabağ ərazisinə gələn muzdluların bir qisminin döyüşə girməkdən imtina etməsi məlum olub.

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.




Fikirlər

  • ARAŞDIRMA

    İlham Əliyev İran prezidentinin xüsusi nümayəndəsini qəbul edib
    İlham Əliyev İran prezidentinin xüsusi nümayəndəsini qəbul edib
    “Zəfər Azərbaycanındır!” - Türkiyə Prezidenti
    “Zəfər Azərbaycanındır!” - Türkiyə Prezidenti
    İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibə verib - FOTO
    İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibə verib - FOTO
    “Bizi Vətən çağırdı”: Zəfərlə dolu 30 gün... - VİDEO
    “Bizi Vətən çağırdı”: Zəfərlə dolu 30 gün... - VİDEO
  • ƏN ÇOX OXUNAN

    İlham Əliyevin Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsi - CANLI
    İlham Əliyevin Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsi - CANLI
    İlham Əliyev İran prezidentinin xüsusi nümayəndəsini qəbul edib
    İlham Əliyev İran prezidentinin xüsusi nümayəndəsini qəbul edib
    Bərdəyə raket atılması nəticəsində 20 nəfər ölüb, 60 şəxs yaralanıb - YENİLƏNİB
    Bərdəyə raket atılması nəticəsində 20 nəfər ölüb, 60 şəxs yaralanıb - YENİLƏNİB
    Şəhid Milli Qəhrəmanın oğlu: “Atamın arzusu idi ki, Qubadlıda şəhid olsun” - VİDEO
    Şəhid Milli Qəhrəmanın oğlu: “Atamın arzusu idi ki, Qubadlıda şəhid olsun” - VİDEO
    Bərdə bu gün... - FOTO
    Bərdə bu gün... - FOTO
    “Zəfər Azərbaycanındır!” - Türkiyə Prezidenti
    “Zəfər Azərbaycanındır!” - Türkiyə Prezidenti
    Hikmət Hacıyevdən Bərdəyə bugünkü hücumla bağlı açıqlama
    Hikmət Hacıyevdən Bərdəyə bugünkü hücumla bağlı açıqlama
    İlham Əliyev:
    İlham Əliyev: "Türkiyənin uğurlarına öz uğurlarımız qədər sevinirik"
    Prezident:
    Prezident: "Azərbaycan bütün məsələlərdə qardaş Türkiyənin yanındadır"
    Bakı metrosundakı faciədən 25 il ötür
    Bakı metrosundakı faciədən 25 il ötür
    Bərdə yenidən raket atəşinə tutulur - 5 mülki şəxs vəfat etdi
    Bərdə yenidən raket atəşinə tutulur - 5 mülki şəxs vəfat etdi
    Bərdədə həlak olan 7 yaşlı Aysu dəfn olundu - FOTO
    Bərdədə həlak olan 7 yaşlı Aysu dəfn olundu - FOTO
    Azərbaycan Ordusu Bərdənin qisasını aldı - VİDEO
    Azərbaycan Ordusu Bərdənin qisasını aldı - VİDEO
    DİN: Ehtiyatı əldən verməməli, daim ayıq-sayıq olmalıyıq
    DİN: Ehtiyatı əldən verməməli, daim ayıq-sayıq olmalıyıq
    İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibə verib - FOTO
    İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibə verib - FOTO
  • «    Oktyabr 2020    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031