Qazax, onun rəhbərliyi Rəcəb Babaşov barədə şər-böhtan, əsassız, qeyri-obyektiv yazanlara TUTARLI CAVAB - Qazaxda heç bir etiraz yoxdur - Özəl FOTOLAR

Qazax, onun rəhbərliyi Rəcəb Babaşov barədə şər-böhtan, əsassız, qeyri-obyektiv yazanlara TUTARLI CAVAB - Qazaxda heç bir etiraz yoxdur -  Özəl FOTOLAR


Azərbaycanda hal-hazırda minlərlə xəbər saytları, portallar, informasiya agentlikləri fəaliyyət göstərir.

Bunların məqsədi ölkədə və ölkə xaricində baş verənləri ictimaiyyətə çatdırmaqdır. Lakin bütün xəbər saytları, onların təsisçiləri və əməkdaşları heç də bu məqsədə xidmət etmir. Bəziləri öz şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Bu məqsədə çatmaq üçün tənqidlə təhqiri bilərəkdən qarışdırıb, vəzifəli şəxslərin işgüzar nüfuzuna xələl gətirirlər. Təbii ki, hamı pul qazanmaq, evini çörəklə təmin etmək istəyir. Amma kimsə şər-böhtan, şantaj və təhqir yolu ilə harama gedirsə, bu uzun çəkmir. Bunları elə-belə yazmadım. Bəzi “jurnalistlər” var ki, qapı-qapı düşüb dövlət idarələrində məmurları şantaj edərək pul dilənməklə məşğul olurlar. Belə olan halda peşəsini və dövlətini sevən əsil jurnalistlər isə normal fəaliyyət göstərə bilmirlər.


Qazax, onun rəhbərliyi barədə şər-böhtan, əsassız, qeyri-obyektiv, maddiyata hərisliklə, sifariş əsasında çox cizmaqaralar “işıq üzü” görüb. Əslində o yazılar müəllifin və sayt rəhbərliyinin daxili aləminə hakim kəsilən zülmətin təzahürü olub. Onların çoxuna da cavab verilməyib. Bir jurnalist kimi, elimi-obamı, Vətənimi bütün varlığımla sevən bir vətəndaş kimi şər toplusu müəlliflərinə cavab vermişəm. Bəzi saytlarda gedən “
Qazaxın icra başçısı haqqında şok ittihamlar: Rəcəb Babaşov ailəli qadını "əxlaqsız" adlandırdı?, Qazax icra başçısı Rəcəb Babaşov Qazax sakinini intihara sürükləyir.FOTO, Qazaxın icra başçısından prezidentə şok şikayət: “Qızımı Rəcəb Babaşovun əlindən xilas edin..., Qazaxın yeni başçısı kimdir: Rəcəb Babaşovun ilginc dosyesi”” başlıqlı həqiqətdən uzaq yazıları görəndə istədim ki, ona cavabı özüm yazam.

Demək belə, yeni-yeni fəaliyyətə başlayan bəzi saytlar Qazaxa rəml atmaq istəyir. Kimin vasitəsilə, o da bizə yaxşı məlumdur. Saytların rəhbərləri kimə xidmət etdiyi, kimin sifarişini yerinə yetirdiyi, ədalətli iş adamlarına, icra strukturlarının rəhbərlərinə tor qurmaq üçün kimlərlə iş birliyinə getməsi də diqqətimizdən kənarda deyil.


Qazaxa öz əyri prizmasından baxan sayt yazır ki, “Rayonda sosial problemlər artmaqla sadə insanların yaşayış səviyyəsi aşağı düşüb”. Bəsirət gözü olmayanlara bir daha xatırladırıq ki, Azərbaycanda o cümlədən Qazaxda insanlar, “sadə” “mürəkkəb” və digər qruplara bölünmür. Dövlət icra və xidmət strukturları vasitəsilə hər bir vətəndaşın qayğısını çəkir.

Məlum yazıda qışa hazırlıqdan söhbət gedir. Rayon icra hakimiyyəti heç bir məsələdə gözləmə mövqeyi tutmur və o fikirdə olmur ki, hər hansı bir məsələni kimsə yazandan sonra həll etsin.

Yaza hazırlıq məsələsi rayon icra hakimiyyətində müzakirə olunub. Təhsil, səhiyyə və mədəniyyət sahələrində isitmə sistemlərinin və yanacaq təminatının durumu xidmət təşkilatlarının, qeyd olunan sahələrin rəhbərlərinin və ərazi icra nümayəndələrinin, qaz istismarı sahəsinin, meşələrin bərpası və mühafizəsi idarəsinin müdirlərinin iştirakı ilə ciddi müzakirə olunub, nöqsana yol verənlər cəzalandırılıb, qısa müddətdə əsaslı dönüş yaratmaq hər bir məsul işçidən tələb olunub. Əks təqdirdə təşkilati tədbirlər görüləcəyi iştirakçıların diqqətinə çatdırılıb.


Qazaxda heç bir etiraz yoxdur.

Əlinə qələm alan, sayt açan, jurnalist adını daşıyan hər bir kəs bilməlidir ki, Haqq yolunu azmaqla haqqa çatmaq olmaz.


Son illər neçə-neçə istehsal, emal müəssisəsi açılıb, onlarca məktəb binası, uşaq bağçası tikilib. Qazax dövlətin qayğısı və diqqəti sayəsində beləcə aybaay, ilbəil inkişaf edir, gözəlləşir, tanınmaz olur. Bu da turizmin inkişafına güclü təkan verir. Rayonun əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və burada olan çoxlu sayda tarixi mədəniyyət abidələri Qazaxda turizmin inkişafı üçün potensial imkanlar yaradır. Qazax rayonunun ərazisində gələcəkdə inanırıq ki, ekoturizm də inkişaf etdiriləcək. . Bu da Qazaxınn regionun turizm mərkəzlərində birinə çevriləcəyini göstərir. Bir sözlə, Qazax inamla gələcəyə doğru addımlayır

Doğrudan da Qazax regionun mərkəzinə çevrilməkdədir. Rayonun regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun əməyi böyükdür. Əminik ki, Qazax bundan sonra da gözəlləşəcək və abadlaşacaq. Biz Qazaxın respublikamızın ən gözəl və abad rayonlardan birinə çevrilməsində böyük əməyi olanların hamısına, o cümlədən rayon rəhbərliyinə bu şərəfli işdə uğurlar arzulayırıq.

Xəbəri istinadla vermək mədəniyyətdir


İcra başçısı çoxmənzilli yaşayış binalarının həyətində görülən işlərlə tanış olub

Son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında regionların inkişafı istiqamətində qəbul edilmiş çoxsaylı dövlət proqramlarına uyğun olaraq respublikamızın bütün bölgələrində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Dövlətin və ölkə rəhbərinin qayğısı nəticəsində Qazaxda görülən işlər də ildən-ilə böyük miqyas alır. Hazırda "Azərsu” ASC tərəfindən şəhərin içməli su və kanalizasiya sisteminin çəkilişi aparılır ki, bu iş uğurla icra olunmaqdadır. Artıq xeyli vaxtdır ki, şəhərin su və kanalizasiya xəttinin çəkilişi başa çatan küçələrdə abadlıq işlərinə də başlanılıb. Şəhərin Səməd Vurğun və Molla Pənah Vaqif küçələrinə yeni asfalt örtüyün çəkilməsi də bunun əyani sübutudur. Murtuz Carçıyev, Əminə Dilbazi, Zeynalabdin Tağıyev, Azadlıq küçələrində yeni bardürlərin düzülməsi və aparılan digər abadlıq işləri isə sürətlə davam etdirilir.
Bu gün şəhərdə su və kanalizasiya sisteminin çəkilişi başa çatan küçələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətində də quruculuq işləri aparılaraq "Abad məhəllə” adı altında bina sakinlərinin ixtiyarına verilir. Nəriman Nərimanov yaşayış massivində yerləşən binaların həyətində görülən işlər də bunun bariz nümunəsidir.
Hazırda su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli 61A, üçmərtəbəli 63, dördmərtəbəli 65 saylı, Azadlıq küçəsində yerləşən beşmərtəbəli 92 saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən hər biri beşmərtəbəli olan 12 və 14 saylı çoxmənzilli yaşayış binalarının həyətində aparılan işlər onu söyləməyə əsas verir ki, rayonda "Abad məhəllə”lərin sayı çox olacaq.
Prospektdə yerləşən binaların həyətində bardürlər düzülüb, yaşıllıq salınması üçün torpaq qatı verilib. Lazım olan hissələrə beton tökülüb. Abadlıq işləri yekunlaşan kimi tez bir zamanda da yeni asfalt örtüyü döşənəcək.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov prospektdə yerləşən binaların həyətində görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Görülən işlərlə yerində tanış olan icra başçısı hər bir işin keyfiyyətinə üstünlük verilməsini qeyd edərək aidiyyəti üzrə tapşırıqlarını verib.

Qazax, onun rəhbərliyi Rəcəb Babaşov barədə şər-böhtan, əsassız, qeyri-obyektiv yazanlara TUTARLI CAVAB - Qazaxda heç bir etiraz yoxdur -  Özəl FOTOLARQazax, onun rəhbərliyi Rəcəb Babaşov barədə şər-böhtan, əsassız, qeyri-obyektiv yazanlara TUTARLI CAVAB - Qazaxda heç bir etiraz yoxdur -  Özəl FOTOLARQazax, onun rəhbərliyi Rəcəb Babaşov barədə şər-böhtan, əsassız, qeyri-obyektiv yazanlara TUTARLI CAVAB - Qazaxda heç bir etiraz yoxdur -  Özəl FOTOLARQazax, onun rəhbərliyi Rəcəb Babaşov barədə şər-böhtan, əsassız, qeyri-obyektiv yazanlara TUTARLI CAVAB - Qazaxda heç bir etiraz yoxdur -  Özəl FOTOLAR
Qazax, onun rəhbərliyi Rəcəb Babaşov barədə şər-böhtan, əsassız, qeyri-obyektiv yazanlara TUTARLI CAVAB - Qazaxda heç bir etiraz yoxdur -  Özəl FOTOLAR


Qazax müasir yolları, “Abad məhəllə”ləri ilə bundan sonra daha da göz oxşayacaq

Son illər ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın bütün bölgələri, o cümlədən də Qazax rayonu inkişaf edərək müasir və abad rayonlardan birinə çevrilir. Son dövrlər rayonda regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində geniş miqyas alan abadlıq və quruculuq işləri də bunu əyani şəkildə sübut edir. Bu gün sözün əsl mənasında tam əminliklə söyləyə bilərik ki, Qazax rayonu özünün intibah dövrünü yaşayır. Qısa zaman kəsiyində görülən işlər sayəsində Qazax tərəqqi yolunda uğurla addımlayır. Bu gün rayonda elə bir sahə olmaz ki, ötən illər ərzində həmin sahələrdə yeniliyin şahidi olmayasan. Elm, təhsil, səhiyyə, idman, eləcə də digər sahələrdə əldə olunan nailiyyətlər onu sübut edir ki, Qazax hər bir sahədə uğur qazana bilər.

Qazax, onun rəhbərliyi Rəcəb Babaşov barədə şər-böhtan, əsassız, qeyri-obyektiv yazanlara TUTARLI CAVAB - Qazaxda heç bir etiraz yoxdur -  Özəl FOTOLAR


Ötən müddət ərzində Qazaxda bir sahə də daha geniş vüsət almağa başladı. Hansı ki, bu sahənin inkişafı sayəsində Qazax böyük bir tikinti meydançasını xatırladır. Bu, 2016-cı ildən başlayaraq daha böyük miqyas alan abadlıq və quruculuq işləridir. Sevindirici hal isə odur ki, ötən illər ərzində görülən işlərin miqyası ildən-ilə daha geniş vüsət aldı və almaqda da davam edir. Bu illər ərzində rayonda yeni asfalt yolların çəkilməsi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində çoxmənzilli yaşayış binalarında aparılan təmir işləri, çoxsaylı məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi, əsaslı şəkildə yenidən qurulması bir daha onu göstərir ki, illər bir-birini əvəz edir və Qazax respublikamızın ən abad rayonlarından birinə çevrilir.
Ötən illər ərzində görülən və bu gün də uğurla icra olunan işlər onu söyləməyə əsas verir ki, dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində Qərbin qapısı sayılan Qazaxda Dövlət Proqramında mühüm yer tutan abadlıq və quruculuq işlərinə ilk gündən necə start verilibsə, bu gün də o cür davam etdirilir.
Hər kəsə yaxşı məlumdur ki, ölkə Prezidentinin birbaşa göstərişi, köməyi və qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda şəhərin içməli su və kanalizasiya sistemi də yenidən qurulur. Sevindirici hal isə odur ki, şəhərdə aparılan su və kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı, işin başa çatdırıldığı küçələrdə eyni zamanda abadlıq işləri aparılır, yeni asfalt örtüyü vurulur. Sürətlə davam etdirilən işlərin nəticəsidir ki, bu gün Qazaxda yeni asfalt örtüyü çəkilən küçələrin sayı günbəgün artır. Artıq şəhərin Molla Pənah Vaqif, Səməd Vurğun və Azadlıq küçələrində aparılan abadlıq işləri, yeni asfalt örtüyünün salınması göstərir ki, qısa bir zaman kəsiyində şəhərin bütün küçələri tezliklə öz görkəmini dəyişəcək. Hazırda Murtuz Carçıyev, Əminə Dilbazi, Zeynalabdin Tağıyev küçələrində yeni bardürlərin düzülməsi və aparılan digər abadlıq işləri də bu dediklərimizin əyani sübutudur.

Qazax, onun rəhbərliyi Rəcəb Babaşov barədə şər-böhtan, əsassız, qeyri-obyektiv yazanlara TUTARLI CAVAB - Qazaxda heç bir etiraz yoxdur -  Özəl FOTOLAR


Şəhərdə küçələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətində də quruculuq işləri aparılaraq "Abad məhəllə” adı altında bina sakinlərinin ixtiyarına verilir. İlk olaraq da Nəriman Nərimanov yaşayış massivində yerləşən 6 bloklu, beşmərtəbəli, 60 mənzilli 49 saylı, hər biri 8 mənzildən ibarət 1 bloklu, ikimərtəbəli 1,2,3 saylı binaların həyətində görülən işlər də bunun bariz nümunəsidir. Hazırda su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli 61A, üçmərtəbəli 63, dördmərtəbəli 65 saylı, Azadlıq küçəsində yerləşən beşmərtəbəli 92 saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən hər biri beşmərtəbəli olan 12 və 14 saylı çoxmənzilli yaşayış binalarının həyətində isə abadlıq işləri davam etdirilir.

Qazax, onun rəhbərliyi Rəcəb Babaşov barədə şər-böhtan, əsassız, qeyri-obyektiv yazanlara TUTARLI CAVAB - Qazaxda heç bir etiraz yoxdur -  Özəl FOTOLAR


Dövlət başçısının regionların inkişafı istiqamətində verdiyi tapşırıq və tövsiyələrin rayon rəhbərliyi tərəfindən uğurla icra olunması, ildən-ilə, gündən-günə geniş vüsət alan abadlıq və quruculuq işləri onu deməyə əsas verir ki, Qazax müasir yolları, “Abad məhəllə”ləri ilə bundan sonra daha da göz oxşayacaq.
Qazaxda aparılan abadlıq və quruculuq işləri rayon sakinləri tərəfindən də yüksək qiymətləndirilir. Rayonda aparılan abadlıq və quruculuğu Qazaxın timsalında bölgələrimizin inkişafı istiqamətində görülən işlər kimi dəyərləndirirlər. Bütün bu işlərə görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər. Rayonda görülən işlərin keyfiyyətini hər zaman diqqət mərkəzində saxlayan rayon rəhbərliyinə razılıqlarını və təşəkkürlərini çatdırırlar.


Qazax, onun rəhbərliyi Rəcəb Babaşov barədə şər-böhtan, əsassız, qeyri-obyektiv yazanlara TUTARLI CAVAB - Qazaxda heç bir etiraz yoxdur -  Özəl FOTOLARQazax, onun rəhbərliyi Rəcəb Babaşov barədə şər-böhtan, əsassız, qeyri-obyektiv yazanlara TUTARLI CAVAB - Qazaxda heç bir etiraz yoxdur -  Özəl FOTOLARQazax, onun rəhbərliyi Rəcəb Babaşov barədə şər-böhtan, əsassız, qeyri-obyektiv yazanlara TUTARLI CAVAB - Qazaxda heç bir etiraz yoxdur -  Özəl FOTOLARQazax, onun rəhbərliyi Rəcəb Babaşov barədə şər-böhtan, əsassız, qeyri-obyektiv yazanlara TUTARLI CAVAB - Qazaxda heç bir etiraz yoxdur -  Özəl FOTOLAR




Fikirlər

  • ARAŞDIRMA

    Dövlət şirkətləri ilə bağlı islahatlara başlanıldı - Fərman
    Dövlət şirkətləri ilə bağlı islahatlara başlanıldı - Fərman
    Prezident 1 milyon ayırdı
    Prezident 1 milyon ayırdı
    “Vaxtında bu addımları atmasaydıq, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik”
    “Vaxtında bu addımları atmasaydıq, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik”
    Prezident koronavirusla mübarizə ilə bağlı müşavirə keçirdi
    Prezident koronavirusla mübarizə ilə bağlı müşavirə keçirdi
  • ƏN ÇOX OXUNAN

    Sahibkarlara 250 manat ödəniləcək — Nazir müavini
    Sahibkarlara 250 manat ödəniləcək — Nazir müavini
    Prezidentin köməkçisindən məktəblərin açılması ilə bağlı — VACİB AÇIQLAMA
    Prezidentin köməkçisindən məktəblərin açılması ilə bağlı — VACİB AÇIQLAMA
    Nazir DYP-nin rəisini işdən çıxardı — Yeni təyinat
    Nazir DYP-nin rəisini işdən çıxardı — Yeni təyinat
    Yas mərasimləri ilə bağlı yeni qayda müəyyənləşdi
    Yas mərasimləri ilə bağlı yeni qayda müəyyənləşdi
    Kafe və restoranların fəaliyyətinə nə vaxt icazə veriləcəyi açıqlandı
    Kafe və restoranların fəaliyyətinə nə vaxt icazə veriləcəyi açıqlandı
    Prezidentin köməkçisindən karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı — VACİB AÇIQLAMA
    Prezidentin köməkçisindən karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı — VACİB AÇIQLAMA
    Nazir müavini: “Toylarla bağlı qərar müəyyən dövrdən sonra veriləcək”
    Nazir müavini: “Toylarla bağlı qərar müəyyən dövrdən sonra veriləcək”
    TƏBİB rəsmisindən karantinlə bağlı sevindirən açıqlama —
    TƏBİB rəsmisindən karantinlə bağlı sevindirən açıqlama — "Payıza qədər..."
    TƏBİB: “Karantin rejimindən yorulmuşuq”
    TƏBİB: “Karantin rejimindən yorulmuşuq”
    Rayonlara gediş-gəlişin bərpa oluna biləcəyi tarix açıqlandı — RƏSMİ
    Rayonlara gediş-gəlişin bərpa oluna biləcəyi tarix açıqlandı — RƏSMİ
    Operativ Qərargah brifinq keçirir — CANLI YAYIM
    Operativ Qərargah brifinq keçirir — CANLI YAYIM
    Azərbaycanda zəlzələ oldu
    Azərbaycanda zəlzələ oldu
    "Bu şərtlər uzun müddət ləğv edilməyəcək" — Mirşahin
    Pensiyaların miqdarı artırılır — RƏSMİ AÇIQLAMA
    Pensiyaların miqdarı artırılır — RƏSMİ AÇIQLAMA
    Dövlət şirkətlərinə necə nəzarət ediləcək? - Nizamnamə
    Dövlət şirkətlərinə necə nəzarət ediləcək? - Nizamnamə
  • «    Avqust 2020    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31