“SƏDƏRƏK”də VERGİ YOXLAMASINDAN SONRA CİDDİ GƏRGİNLİK – İcarə haqları qaldırılıb

“SƏDƏRƏK”də VERGİ YOXLAMASINDAN SONRA CİDDİ GƏRGİNLİK – İcarə haqları qaldırılıb















Son günlər “Sədərək” Ticarət Mərkəzində ciddi gərginlik yaşanır. Burada mağaza işlədən sahibkarlarla ticarət mərkəzinin rəhbərliyi arasında bəzi səbəblərdən yaranmış narazılıqlar getdikcə artır. “AzPolitika.info”ya bu barədə məlumat ticarət mərkəzindən daxil olub.

Məlumatda bildirilir ki, devalvasiyadan sonra bir çox ticarət mərkəzlərində olduğu kimi, “Sədərək”də də alver xeyli zəifləyib. Bu səbəbdən ötən müddətdə burada işləyən 100-lərlə sahibkar mağazasını bağlamalı və ya başqasına dövr etməli olub. Qalanların da əksəriyyəti bir çox ayları ziyanla işləyib. Buna baxmayaraq, ticarət mərkəzinin rəhbərliyi “yer pulu” deyilən aylıq ödənişi aşağı salmayıb.

Hazırkı gərginliyin əsas səbəbi isə ticarət mərkəzində icarə haqlarının, “yer pulu”nun artırılması cəhdidir. Ticarətçilərin bildirdiklərinə görə, rəhbərlik, gələn aydan başlayaraq, sahibkarlardan hər kv metr üçün əlavə 5-10 manat tələb etməyə başlayıb. Yəni, 40 kvadratmetrlik ortabab bir mağazanın icarə haqqı 200 manat həcmində artırılıb ki, bu da təbii ollaraq, sahibkarlarda ciddi narazılıq yaradıb.

Ancaq narazılığı artıran yalnız bu deyil. Rəhbərlik, son 2-3 ayda sahibkarlardan köhnə borclarını da tələb edib və alıb. Bu borcun yaranmasının isə maraqlı tarixçəsi var. Ticarətçilərin dediklərinə görə, 2015-ci ilin payızında keçmiş MTN-də aparılan səs-küylü həbslərdən sonra bazar rəhbərliyi 2-3 ay sahibkarlardan icarə haqqı yığmayıb. Səbəbi izah edilməsə də, bunu “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin keçmş MTN rəhbərliyi ilə yaxın münasibətlərilə bağlayanlar da olub.

Səbəbi hər nə olsa da, bir neçə ay icarə haqqının alınmaması ilin əvvəli baş verən qəfil devalvasiyadan sonra ciddi zərbə alan sahibkarların ziyanını az da olsa kompensasiya edib. Ancaq indi bazar rəhbərliyi 2 il əvvəl sahibkalara icarə haqlarında edilmiş həmin güzəştləri geri tələb etməyə başlayıb. Bu da son illər gəlir əldə etməkdə çətinliklə üzləşən, bəzi ayları ziyanla başa vuran sahibkarlar üçün əlavə problemlər yaradıb.

Qeyd edək ki, ticarət mərkəzinin rəhbərliyinin birdən-birə 2 əvvəl sahibkarlara edilmiş güzəştləri geri istəməsinin və icarə haqlarını artırmasının bu yaxınlarda “Sədərək”da həyata keçirilmiş irimiqyaslı vergi yoxlamaları ilə bağlılığı olduğu istisna olunmur. Görünür vergi əməkdaşları Yusif Qədimbəylini elə “sıxıblar” ki, belə tədbirlərə ciddi zərurət yaranıb.




Fikirlər

  • ARAŞDIRMA

    Prezident Dövlət Agentliyinə 3,1 milyon manat ayırdı
    Prezident Dövlət Agentliyinə 3,1 milyon manat ayırdı
    İlham Əliyev onlara fəxri adlar verdi — SİYAHI
    İlham Əliyev onlara fəxri adlar verdi — SİYAHI
    “Ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar” — İlham Əliyev
    “Ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar” — İlham Əliyev
    Prezident icra başçısına irad BİLDİRDİ —
    Prezident icra başçısına irad BİLDİRDİ — "Bunu pozun"
  • ƏN ÇOX OXUNAN

    Sabah hava necə olacaq?
    Sabah hava necə olacaq?
    Çingiz Əhmədovun Əliqismət Lalayevlə
    Çingiz Əhmədovun Əliqismət Lalayevlə "müharibəsinin" səbəbi MƏLUM OLDU — XALQ ARTİSTİ OLMAĞIM ÜÇÜN...
    Elektrik qatarları iki gün işləməyəcək
    Elektrik qatarları iki gün işləməyəcək
    Azərbaycanda dərslərin nə vaxt başlayacağı açıqlandı — RƏSMİ
    Azərbaycanda dərslərin nə vaxt başlayacağı açıqlandı — RƏSMİ
    İcaze.e-gov.az portalı yenidən aktivləşdirildi — RƏSMİ + VİDEO
    İcaze.e-gov.az portalı yenidən aktivləşdirildi — RƏSMİ + VİDEO
    Bakıda xəstəxanada daha iki ölüm — Koronavirus şübhəsi
    Bakıda xəstəxanada daha iki ölüm — Koronavirus şübhəsi
    Bakıda avtobusla sərnişindaşıma tam dayandırılır
    Bakıda avtobusla sərnişindaşıma tam dayandırılır
    Prezident Dövlət Agentliyinə 3,1 milyon manat ayırdı
    Prezident Dövlət Agentliyinə 3,1 milyon manat ayırdı
    Vilyam Hacıyev bu pulları kimə verəcəkdi? — Sensasion iddia
    Vilyam Hacıyev bu pulları kimə verəcəkdi? — Sensasion iddia
    Bu gün ictimai nəqliyyat saat neçəyə qədər işləyəcək? — RƏSMİ AÇIQLAMA
    Bu gün ictimai nəqliyyat saat neçəyə qədər işləyəcək? — RƏSMİ AÇIQLAMA
    Təhsil nazirindən ƏMR — Yeni şura yaradıldı
    Təhsil nazirindən ƏMR — Yeni şura yaradıldı
    Ülvi Quliyev: “Karantin rejiminin sərtləşdirilməsi vətəndaşın sağlamlığının qorunmasına xidmət edir”
    Ülvi Quliyev: “Karantin rejiminin sərtləşdirilməsi vətəndaşın sağlamlığının qorunmasına xidmət edir”
    Həftəsonu qadağalarla bağlı jurnalistlərin nəzərinə!
    Həftəsonu qadağalarla bağlı jurnalistlərin nəzərinə!
    Şərəfli vəzifəyə yiyələnən Höccət Əsədullayev bu işin müqəddəsliyini qoruyub saxlayır - ÖZƏL
    Şərəfli vəzifəyə yiyələnən Höccət Əsədullayev bu işin müqəddəsliyini qoruyub saxlayır - ÖZƏL
    Həftəsonu küçəyə çıxanları hansı cəza gözləyir? — VİDEO
    Həftəsonu küçəyə çıxanları hansı cəza gözləyir? — VİDEO
  • «    İyun 2020    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930