Qara dənizdə 700 ton mazut olan tankerdə yanğın

Qara dənizdə 700 ton mazut olan tankerdə yanğın


Qara dənizdə Komor adaları bayrağı altında üzən və göyərtəsində 700 ton mazut olan “Almuntazah” adlı tankerdə yanğın baş verib.

“Günxəbər” xarici KİV-ə istinadən xəbər verir ki, tanker Taman limanında sahildən 1,2 mil aralıda lövbərdə durub.

Tankerin heyət üzvləri 7 nəfər Rusiya vətəndaşıdır. Zərərçəkənlər barədə məlumat verilməyib.

Hazırda yanğının başvermə səbəbləri araşdırılır.