Hamilə qadın dəm qazından boğularaq öldü

Gündəm / Hadisə
23-01-2022, 21:26
80

Biləsuvar rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
“Günxəbər” xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində baş verib.
Belə ki, 2003-ci il təvəllüdlü Əliyeva Rəmsudə Süleyman qızı yaşadıqları mənzildə hamamda çimərkən dəm qazından boğularaq, dünyasını dəyişib.
Qeyd edək ki, R.Əliyeva bir il öncə Saatlı rayonuna gəlin köçüb. O, atasıgilə qonaq gəlibmiş, bir neçə ay sonra ana olacaqdı.