İş adamı Aslı Enverlə sevgili olduğunu təsdiqlədi

İş adamı Aslı Enverlə sevgili olduğunu təsdiqlədi


Xəbər verdiyimiz kimi, türkiyəli məşhur aktrisa Aslı Enverin 49 yaşlı iş adamı Önder Öztarhanla sevgili olduğu barədə məlumatlar yayılıb.


“Günxəbər” Türkiyə mediasına istinadən xəbər verir ki, Aslı Enver bu məsələ ilə bağlı açıqlama verməsə də, Önder Öztarhan aktrisa ilə eşq yaşadığını etiraf edib. “Magazin Masası”na açıqlama verən iş adamı Öztarhan bunları deyib: “Bəli, münasibətimiz var. Xoşbəxtik, hər şey ilk görüşdə oldu”.

Qeyd edək ki, A.Enver bir müddət əvvəl tanınmış müğənni Murat Bozla sevgili olub.