Bayram Səfərov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır - ÖZƏL

Bayram Səfərov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır - ÖZƏL



Şər və Böhtan yazanlara tutarlı cavab - Şuşa Rayon İcra Hakimiyyətinin Başçısı Bayram Səfərov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər Şuşa Rayon İcra Hakimiyyətinin Başçısı Bayram Səfərovda, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.

Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. Şuşa Rayon İcra Hakimiyyətinin Başçısı Bayram Səfərovun fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır.


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Şuşa Rayon İcra Hakimiyyətinin Başçısı Bayram Səfərovdur.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Bayram Səfərov bu işin müqəddəsliyini qoruyub saxlayır. Bayram Səfərov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Bayram Səfərovdan danışdılar yaxşı ki, Bayram Səfərov Şuşa Rayon İcra Hakimiyyətinin başçısıdır… Bayram Səfərov öz isguzarlığı ilə tanınır və seçilir….

Bayram Səfərov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Bayram Səfərovu heç vaxt əqidəsindən döndərə bilməz.

Bayram Səfərov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Bayram Səfərov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Bayram Səfərov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Bayram Səfərovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Bayram Səfərov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Bayram Səfərov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Şuşa Rayon İcra Hakimiyyətinin başçısı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Bayram Səfərov özünü doğruldub. Bizdə hörmətli Bayram Səfərovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov - “Koronavirusla mübarizdə hər bir Azərbaycan vətəndaşı öz məsuliyyətini dərk etməlidir”

Prezident İlham Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunmuş Xüsusi Sessiyasının təşkil edilməsinə beynəlxalq birlik tərəfindən dəstək verilməsi cənab Prezident İlham Əliyevin beynəlxalq müstəvidə artan nüfuzunun və liderlik bacarığının baris nümunəsi olmaqla yanaşı müstəqil Azərbaycanın diplomatik uğuru və tarixi hadisədir. Ölkə daxilində aparılan islahatlar – iqtisadiyyatımızın şaxələnməsi, bütün sahələri əhatə edən inkişafın sürətlənməsi, hərbi potensialimizin genişlənməsi, beynəlxalq aləmdə dostlarımızın artması, güclü diplomatik əlaqələrin qurulması kimi amillər Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni perspektivlər açır. Pandemiya dövründə dünya iqtisadiyyatında baş verən zəifləmə fonunda ölkəmizdə insanların evdə qalaraq işdən uzaq olmalarına baxmayaraq bütün işləyən şəxslərin maaşları hər ay olduğu kimi karantin müddətində də tam formada ödənilir. Bütün ödənişlər, pensiya və müavinətlərin ödənilməsi heç bir ləngimə olmadan həyata keçirilir. Xüsusi vuğulamaq lazımdır ki, Prezident İlham Əliyevin tapşırığına əsasən ünvanlı dövlət sosial yardımın verilməsinin müddəti uzadılıb və təyinatı sadələşdirilib. Prezidentin rəhbərliyi ilə dövlətimizin əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün gördüyü işlər hər bir təbəqəni əhatə edir. Azərbaycan dövlətinin pandemiya dövründə həyata keçirdiyi qabaqlayıcı tədbirlər dünya mətbuatında təqdir olunur,bir çox dünya dövlətləri pandemiya ilə mübarizədə Azərbaycan təcrübəsindən yararlanır, bütün bu tədbirlər, xüsusilə pandemiya ilə mübarizə tədbirləri Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir. Dünya ölkələri, o cümlədən də Azərbaycan üçün pandemiya ilə mübarizədə ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti dövrün tələblərinə bu qədər ciddi surətdə əməl etmək nümunəsi göstərməsi hər bir Azərbaycan vətəndaşını daha da məsuliyyətli olmağa bir çağırışdır.

Respublikamızın hər yerində olduğu kimi Şuşa rayon əhalisinin kompakt məskunlaşdığı ərazilərdə Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış mobil qruplar koronavirus pandemiyasının yayılmasının təsirinin azaldılması istiqamətində maarifləndirmə işləri görür, eyni zamanda, sakinlər arasında tələb olunan qaydalara riayət edilməsinin, şəxsi gigiyena qaydalarına və özünütəcrid tədbirlərinə uyğun davranmağın, müxtəlif şəxslərlə ünsiyyətdə olarkən tibbi maskadan mütləq qaydada istifadə edərək insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamağın vacibliyi barədə söhbət aparılır. Rayon İcra Hakimiyyəti tərəfindən imkansız ailələrə, sağlamlıq imkanları məhdud uşaqlara, həssas kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılır, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilir. Hər bir azərbaycanlı ölkə başçısı cənab İlham Əliyevin qəbul etdiyi qərarların vacibliyini dərk etməli, bu çətin zamanda dövlətimizə dəstək olmaq yolunda əlindən gələni etməlidir.




Fikirlər

  • ARAŞDIRMA

    Dövlət şirkətləri ilə bağlı islahatlara başlanıldı - Fərman
    Dövlət şirkətləri ilə bağlı islahatlara başlanıldı - Fərman
    Prezident 1 milyon ayırdı
    Prezident 1 milyon ayırdı
    “Vaxtında bu addımları atmasaydıq, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik”
    “Vaxtında bu addımları atmasaydıq, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik”
    Prezident koronavirusla mübarizə ilə bağlı müşavirə keçirdi
    Prezident koronavirusla mübarizə ilə bağlı müşavirə keçirdi
  • ƏN ÇOX OXUNAN

    Sahibkarlara 250 manat ödəniləcək — Nazir müavini
    Sahibkarlara 250 manat ödəniləcək — Nazir müavini
    Prezidentin köməkçisindən məktəblərin açılması ilə bağlı — VACİB AÇIQLAMA
    Prezidentin köməkçisindən məktəblərin açılması ilə bağlı — VACİB AÇIQLAMA
    Nazir DYP-nin rəisini işdən çıxardı — Yeni təyinat
    Nazir DYP-nin rəisini işdən çıxardı — Yeni təyinat
    Yas mərasimləri ilə bağlı yeni qayda müəyyənləşdi
    Yas mərasimləri ilə bağlı yeni qayda müəyyənləşdi
    Kafe və restoranların fəaliyyətinə nə vaxt icazə veriləcəyi açıqlandı
    Kafe və restoranların fəaliyyətinə nə vaxt icazə veriləcəyi açıqlandı
    Prezidentin köməkçisindən karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı — VACİB AÇIQLAMA
    Prezidentin köməkçisindən karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı — VACİB AÇIQLAMA
    Nazir müavini: “Toylarla bağlı qərar müəyyən dövrdən sonra veriləcək”
    Nazir müavini: “Toylarla bağlı qərar müəyyən dövrdən sonra veriləcək”
    TƏBİB rəsmisindən karantinlə bağlı sevindirən açıqlama —
    TƏBİB rəsmisindən karantinlə bağlı sevindirən açıqlama — "Payıza qədər..."
    TƏBİB: “Karantin rejimindən yorulmuşuq”
    TƏBİB: “Karantin rejimindən yorulmuşuq”
    Rayonlara gediş-gəlişin bərpa oluna biləcəyi tarix açıqlandı — RƏSMİ
    Rayonlara gediş-gəlişin bərpa oluna biləcəyi tarix açıqlandı — RƏSMİ
    Operativ Qərargah brifinq keçirir — CANLI YAYIM
    Operativ Qərargah brifinq keçirir — CANLI YAYIM
    Azərbaycanda zəlzələ oldu
    Azərbaycanda zəlzələ oldu
    "Bu şərtlər uzun müddət ləğv edilməyəcək" — Mirşahin
    Pensiyaların miqdarı artırılır — RƏSMİ AÇIQLAMA
    Pensiyaların miqdarı artırılır — RƏSMİ AÇIQLAMA
    Dövlət şirkətlərinə necə nəzarət ediləcək? - Nizamnamə
    Dövlət şirkətlərinə necə nəzarət ediləcək? - Nizamnamə
  • «    Avqust 2020    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31