Bəzi sayt rəhbərləri əsası olmayan şantaj xarakterli yazılar dərc edir - Şahin Məmmədov

Bəzi sayt rəhbərləri əsası olmayan şantaj xarakterli yazılar dərc edir - Şahin Məmmədov



Jurnalistlərin ağlına nə gəldi onu da qələmdə alır

Bəzi media qurumlarında adı çəkilən vəzifə sahibi haqda xoşagəlməz məqalələr dərc olunur. Elə ki, bu yöndə bir qədər araşdırmalar aparırıq, o halda dərc olunan məqalələrin sifarişlər əsasında işıq üzü gördüyü bəlli olur. Bu da onu söyləməyə əsas verir ki, Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədovla bağlı məqalə dərc edən KİV nümayəndələri hansısa qruplaşmanın “muzdlu nökər”inə çevrildiklərindən, məhz belə bir addımlarını atırlar. Ona görə də, “muzdlu nökər”ə çevrilən həmin şəxslərə məsləhət görürük ki, gözlərinizi silin və ətrafa açıq gözlə baxın ki, ağı qaradan seçməyi bacara biləsiniz. Yoxsa, ...

Onu da unutmaq olmaz ki, Şahin Məmmədov həyat yolu parlaq olan simalardan biridir və ona qarşı yönəlik addımlar, hər kəs tərəfindən ikrah hissi ilə qarşılanır. Şahin Məmmədov bəzi vəzifə sahiblərindən fərqli olaraq oliqarx məmur deyil, sadə həyat tərzi keçirən bir şəxsdir. Əldə etdiyimiz məlumatlara görə, o, bir çoxları kimi hansısa vəzifəyə sahib olmaq uğurunda mübarizə aparmayıb, məhz ona daşıdığı vəzifəsi həvalə olunub. Bu da adı çəkilən vəzifə sahibinə rəhbərliyin bəslədiyi münasibətdən irəli gələn addımdır. Odur ki, bu şəxs haqda şər-böhtan yazmaq, barəsində əsassız açıqlamalar dərc etdirmək, əslində şərəfsizlikdir. Həmçinin belə bir şəxsin məmur nüfuzuna xələl gətirməyə çalışmaq, heç bir fakta, sübuta əsaslanmadan şantaj xarakterli məlumatlar yaymaq və s. onu sübut edir ki, məqalə müəllifləri çirkin məqsədlərə xidmət edirlər. Apardığımız araşdırma zamanı o da məlum oldu ki, əsassız açıqlamalar dərc edən saytlar bəzi vəzifə sahiblərinin sifarişlərini yerinə yetirirlər, amma onu dərk etmirlər ki, onlar heç də uzağa gedə bilməyəcəklər.

Bəzi sayt rəhbərləri əsası olmayan şantaj xarakterli yazılar dərc edir - Şahin Məmmədov


Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov - Ölkə başçısı həmişə Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə, qüdrətlənməsinə, ölkəmizin unikal inkişaf modelinin dünyada tanınmasına töhfə verməyə çalışanların fəaliyyətini yüksək dəyərləndirib. Cənab İlham Əliyev çıxışlarında ölkədə korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacağı, dövlətin, xalqın maraqlarına zidd addım atan məmurların cəzalandırılacağı haqda dəfələrlə sərt xəbərdarlıqlar edib. Prezidentin bu məsələyə dəfələrlə toxunması korrupsiyaya qarşı qəti mövqeyinin ifadəsidir. Lakin ölkə başçısının xəbərdarlıqlarına baxmayaraq, bəzi vəzifəli şəxslər öz vəzifələrinə çox məsuliyyətsiz yanaşdıqlarına görə özləri və tabeliklərində olan şəxslər korrupsiya faktları ilə məsuliyyətə cəlb edilib. Xüsusilə də koronavirus pandemiyası dövründə vətəndaşa ayrılan dövlət dəstəyinin mənimsənilməsi qəbuledilməz haldır. Bu məsələlər cənab Prezidentin hər zaman diqqət mərkəzindədir. Azərbaycan Respublikası Baş Prokuroru vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəsinin təyin edilməsi də Azərbaycanda Korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür. Bu gün həyata keçirilən kadr islahatları məhz peşəkarlığın təminatına, eyni zamanda, ölkənin dayanıqlı inkişafı üçün yüksək ixtisaslı mütəxəssislərin cəlb olunmasına xidmət edir. Cənab İlham Əliyevin bütün sahələri əhatə edən, yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma kimi dəyərləndirdiyi inqilabi islahatlar xalq tərəfindən güclü dəstəklənir. Ölkə başçısının son zamanlar etdiyi çıxışların, verdiyi bəyanatların, gördüyü tədbirlərin xarakteri də təsdiq edir ki, rüşvətxor və korrupsioner məmurlarla mübarizə müvəqqəti yox, ardıcıl xarakter daşıyır. Buna görə də ölkədə yeni dövrün başlandığını hər bir məmur nəzərdən keçirib, fəaliyyətində konkret korrektələr aparmalıdır. Ölkə prezidentinin yüksək vəzifə verib irəli çəkdiyi, etibar etdiyi şəxslərin bu cür yanlış hərəkətlərinə haqq qazandırmaq qeyri-mümkündür və çox haqlı olaraq, cənab Prezident bu cür xəyanətkarları bağışlamır və bağışlamayacaqdır! Bu istiqamətdə Prezidentin həyata keçirdiyi islahatlar, verdiyi tövsiyə və tapşırıqlar rayon icra hakimiyyəti tərəfindən rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatra, inzibati ərazi nümayəndəliklərinə, bələdiyyələrə onlayn formada göndərilmiş və bir daha bu tapşırıqlara ciddi şəkildə riayət edilməsi bildirilmışdir.

Ölkə Prezidentinin sərəncamı ilə Masallı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Şahin Məmmədovun Masallıya gəlişindən sonra, Masallı əsraəngiz gözəlliyi ilə, baxanı valeh edir. Bu da Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədovun rayona və onun vətəndaşlarına göstərdiyi qayğının bir nəticəsidir. Rayon rəhbərliyinin, konkret olaraq isə Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov ölkə rəhbərliyinin göstəriş və tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirməsi isə Masallıya inkişaf tendensiyasını daha da dönməz xarakter almasına səbəb olub.

Ölkə rəhbərinin tapşırıqlarına əsasən rayon ərazisində iqtisadi durumun yaxşılaşdırılması, dotasiyalardan asılılığın minimuma endirilməsi məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühütünün formalaşdırılması, investisiyaların cəlb edilməsi, keçirilən tenderlərdə şəffaflığın təmin edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbüt şəraitin yaradılması, kənd təsərrüfatında islahatların genişləndirilməsi, yerli infrastruktur layihələrinin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı əməli tədbirlər görülür.

Bəzi sayt rəhbərləri əsası olmayan şantaj xarakterli yazılar dərc edir - Şahin Məmmədov


Masallı rayonunda Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından, göstərişlərindən irəli gələn vəzifələrin icrası istiqamətində son vaxtlar daha intensiv və çevik tədbirlər həyata keçirilərək bütün neqativ hallara, o cümlədən, korrupsiya, rüşvətxorluq, süni qiymət artımı, vergidən yayınma, məmur özbaşınalığı, bir sözlə ölkədə həyata keçirilən quruculuq işlərinə kölgə salan bütün xoşagəlməz hallara qarşı məqsədyönlü tədbirlər daha da gücləndirilmiş, hüquqpozma hallarının baş verməməsi üçün profilaktiki tədbirlərin miqyası genişləndirilmişdir.
Ölkə başçısının tapşırıqlarına uyğun olaraq işsiz və aztəminatlı vətəndaşlar üçün həyata keçirilən güclü sosial müdafiə tədbirlərinə uyğun olaraq rayonda ictimai işlərə imkansız və işsiz vətəndaşların cəlb olunması, vətəndaşlara pensiya və sosial müavinətlərin təyin olunması, əmək qabiliyyətini itirmiş şəxslər barədə əlilliyin müəyyən edilməsi, müxtəlif təyinatlı yardımlara ehtiyacı olan ailələrin müəyyən edilərək dəstəklənməsi sayəsində aidiyyəti qurum rəhbərlərinə, ərazi icra nümayəndəliklərinə ciddi tapşırıqlar verilmiş və nəzarəti təmin etmək üçün şəlahiyyətli şəxslərdən ibarət tərkibdə komissiyalar yaradılaraq fəaliyyəti tənzimlənmişdir. Aprel 2020-ci il tarixdə 200 nəfərdən artıq işaxtaran vətəndaşın ictimai işlərə cəlb olunması, müxtəlif xətlərlə 3000 nəfərə yaxın imkansız və güzəştli qrupdan olan ailəyə yardımların verilməsində şəffaflıq, ünvanlılıq, hər bir payın öz sahibinə çatdırılması təmin olunmuşdur.


Bəzi sayt rəhbərləri əsası olmayan şantaj xarakterli yazılar dərc edir - Şahin Məmmədov




Fikirlər

  • ARAŞDIRMA

    “Ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar” — İlham Əliyev
    “Ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar” — İlham Əliyev
    Prezident icra başçısına irad BİLDİRDİ —
    Prezident icra başçısına irad BİLDİRDİ — "Bunu pozun"
    İlham Əliyev Ağcabədidə — FOTO / YENİLƏNİB
    İlham Əliyev Ağcabədidə — FOTO / YENİLƏNİB
    İlham Əliyev açılışa maska ilə qatıldı — FOTO
    İlham Əliyev açılışa maska ilə qatıldı — FOTO
  • ƏN ÇOX OXUNAN

    Həftə sonları yalnız bu şəxslərin işləməsinə İCAZƏ VERİLƏCƏK — RƏSMİ AÇIQLAMA - FOTO
    Həftə sonları yalnız bu şəxslərin işləməsinə İCAZƏ VERİLƏCƏK — RƏSMİ AÇIQLAMA - FOTO
    Azərbaycanda beş yeni lisey yaradıldı — RƏSMİ
    Azərbaycanda beş yeni lisey yaradıldı — RƏSMİ
    Göyçayda iki uşaq atası özünü körpüdən ataraq intihar etdi
    Göyçayda iki uşaq atası özünü körpüdən ataraq intihar etdi
    Devalvasiya olacaqmı? — AÇIQLAMA
    Devalvasiya olacaqmı? — AÇIQLAMA
    İki ay ərzində küçəyə çıxma qadağası təklif edilib — RƏSMİ
    İki ay ərzində küçəyə çıxma qadağası təklif edilib — RƏSMİ
    Sumqayıtda bu xəstəxana bundan sonra artıq koronavirus xəstələrinə xidmət göstərəcək
    Sumqayıtda bu xəstəxana bundan sonra artıq koronavirus xəstələrinə xidmət göstərəcək
    Bakıda avtobus partladı — VİDEO
    Bakıda avtobus partladı — VİDEO
    İstirahət olmayacaq, rayonlara gediş isə... — VİDEO
    İstirahət olmayacaq, rayonlara gediş isə... — VİDEO
    Kamran Əliyevin işdən çıxardığı kürəkəninə DTX-də vəzifə verildi
    Kamran Əliyevin işdən çıxardığı kürəkəninə DTX-də vəzifə verildi
    Rayonlara gediş-gəlişin bərpası ilə bağlı — MÜHÜM AÇIQLAMA
    Rayonlara gediş-gəlişin bərpası ilə bağlı — MÜHÜM AÇIQLAMA
    Bu şəxslərin İŞ SAATLARI QISALDILIR — Operativ Qərargah AÇIQLADI
    Bu şəxslərin İŞ SAATLARI QISALDILIR — Operativ Qərargah AÇIQLADI
    Mediaya da məhdudiyyət qoyulacaq — RƏSMİ
    Mediaya da məhdudiyyət qoyulacaq — RƏSMİ
    “Ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar” — İlham Əliyev
    “Ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar” — İlham Əliyev
    Azərbaycanda şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulur
    Azərbaycanda şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulur
    Azərbaycanda SMS icazə bərpa edilir, nəqliyyatın hərəkəti dayandırılır — SON DƏQİQƏ!
    Azərbaycanda SMS icazə bərpa edilir, nəqliyyatın hərəkəti dayandırılır — SON DƏQİQƏ!
  • «    İyun 2020    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930