İlham Əliyev Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı

İlham Əliyev Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı


Prezident İlham Əliyev Xalq artisti Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıb.

Nekroloqun mətnini AZƏRTAC dərc edib.

“Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan musiqi sənətinin tanınmış nümayəndəsi, “Qaya” Dövlət Ansamblının bədii rəhbəri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq artisti Rauf Yusuf oğlu Babayev 2020-ci il martın 27-də ömrünün 83-cü ilində vəfat etmişdir.


Rauf Babayev 1937-ci il dekabr ayının 30-da Qərbi Azərbaycanda anadan olmuşdur. Bakı şəhərində orta məktəbi bitirdikdən sonra o, 1953–1957-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində oxumuş, 1957–1962-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının zərb alətləri sinfində ali musiqi təhsili almışdır.

1957-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında musiqiçi kimi əmək fəaliyyətinə başlayan Rauf Babayev 1960–1962-ci illərdə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrində solist-vokalçı, 1962–1964-cü illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1965-ci ildə isə Dağıstan Dövlət Filarmoniyasının solisti kimi çalışmışdır. O, 1965-ci ildən yaradıcılıq taleyini “Qaya” estrada ansamblı ilə bağlamış, 1968-ci ilədək Azərbaycan Dövlət Filarmoniyasının “Qaya” estrada ansamblının vokalçısı, 1968–1972-ci illərdə Azərbaycan Radio və Televiziya Komitəsində “Qaya” kvartetinin, 1972–1987-ci illərdə “Qaya” dövlət ansamblının, 1987–2001-ci illərdə isə Bakı Şəhər Mədəniyyət İdarəsi nəzdində “Qaya” dövlət estrada-simfonik orkestrinin solist-vokalçısı olmuş, 2001-ci ildən “Qaya” dövlət orkestrinin, 2003-cü ildən “Qaya” dövlət ansamblının “Bəri bax” vokal qrupunun direktoru və bədii rəhbəri, 2007-ci ildən isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət “Qaya” Ansamblının bədii rəhbəri işləmişdir.

Rauf Babayev ötən əsrin 60–80-ci illərində Azərbaycan estradasının ən məşhur qruplarından hesab olunan “Qaya” vokal-instrumental ansamblının yaradıcılarındandır. Sənətkar bir sıra caz festivallarında müvəffəqiyyətlə çıxış etmiş, beynəlxalq estrada və caz musiqisi müsabiqələrinin laureatı adını qazanmışdır. Respublikamızın hüdudlarından uzaqlarda çoxsaylı qastrol səfərləri zamanı böyük səhnələrdəki çıxışları ilə o, ölkəmizin müasir musiqi mədəniyyətini uğurla təmsil etmişdir.

“Qaya” ansamblının fəaliyyətinin 2001-ci ildən etibarən başlanan yeni mərhələsi Rauf Babayevin adı ilə bağlıdır. Sənətkarın bədii rəhbəri olduğu musiqi kollektivi öz ənənələrinə sadiq qalaraq, repertuarında geniş yer verdiyi Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərinin, həmçinin xalq mahnılarının estrada və caz üslubunda parlaq təqdimatı ilə dinləyicilərin xüsusi rəğbətini qazanmışdır.

Rauf Babayev 1995-ci ildən Leopold və Mstislav Rostropoviçlər adına musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuş, vokal sinfində istedadlı ifaçılar nəslinin yetişdirilməsi üçün bilik və bacarığını əsirgəməyərək gənc musiqiçi kadrların formalaşdırılması işinə töhfələr vermişdir. O, “Qaya” kvartetinin dəst-xəttini davam etdirən “Bəri bax” vokal qrupunun yaradıcısı və bədii rəhbəri idi.

Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsində Rauf Babayevin xidmətləri layiqincə qiymətləndirilmişdir. O, 1978-ci ildə respublikanın Əməkdar Artisti, 2006-cı ildə Xalq Artisti fəxri adlarına layiq görülmüş, 2017-ci ildə isə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Tanınmış müğənni, mahir pedaqoq və səmimi insan Rauf Yusuf oğlu Babayevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva
Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Əbülfəs Qarayev

Fərəh Əliyeva

Fərhad Bədəlbəyli

Siyavuş Kərimi

Firəngiz Əlizadə

Faiq Sücəddinov

Cavan Zeynallı

Yalçın Rzazadə

Salman Qəmbərov”.




Fikirlər

  • ARAŞDIRMA

    Prezident Dövlət Agentliyinə 3,1 milyon manat ayırdı
    Prezident Dövlət Agentliyinə 3,1 milyon manat ayırdı
    İlham Əliyev onlara fəxri adlar verdi — SİYAHI
    İlham Əliyev onlara fəxri adlar verdi — SİYAHI
    “Ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar” — İlham Əliyev
    “Ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar” — İlham Əliyev
    Prezident icra başçısına irad BİLDİRDİ —
    Prezident icra başçısına irad BİLDİRDİ — "Bunu pozun"
  • ƏN ÇOX OXUNAN

    Sabah hava necə olacaq?
    Sabah hava necə olacaq?
    Çingiz Əhmədovun Əliqismət Lalayevlə
    Çingiz Əhmədovun Əliqismət Lalayevlə "müharibəsinin" səbəbi MƏLUM OLDU — XALQ ARTİSTİ OLMAĞIM ÜÇÜN...
    Elektrik qatarları iki gün işləməyəcək
    Elektrik qatarları iki gün işləməyəcək
    Azərbaycanda dərslərin nə vaxt başlayacağı açıqlandı — RƏSMİ
    Azərbaycanda dərslərin nə vaxt başlayacağı açıqlandı — RƏSMİ
    İcaze.e-gov.az portalı yenidən aktivləşdirildi — RƏSMİ + VİDEO
    İcaze.e-gov.az portalı yenidən aktivləşdirildi — RƏSMİ + VİDEO
    Bakıda xəstəxanada daha iki ölüm — Koronavirus şübhəsi
    Bakıda xəstəxanada daha iki ölüm — Koronavirus şübhəsi
    Bakıda avtobusla sərnişindaşıma tam dayandırılır
    Bakıda avtobusla sərnişindaşıma tam dayandırılır
    Prezident Dövlət Agentliyinə 3,1 milyon manat ayırdı
    Prezident Dövlət Agentliyinə 3,1 milyon manat ayırdı
    Vilyam Hacıyev bu pulları kimə verəcəkdi? — Sensasion iddia
    Vilyam Hacıyev bu pulları kimə verəcəkdi? — Sensasion iddia
    Bu gün ictimai nəqliyyat saat neçəyə qədər işləyəcək? — RƏSMİ AÇIQLAMA
    Bu gün ictimai nəqliyyat saat neçəyə qədər işləyəcək? — RƏSMİ AÇIQLAMA
    Təhsil nazirindən ƏMR — Yeni şura yaradıldı
    Təhsil nazirindən ƏMR — Yeni şura yaradıldı
    Ülvi Quliyev: “Karantin rejiminin sərtləşdirilməsi vətəndaşın sağlamlığının qorunmasına xidmət edir”
    Ülvi Quliyev: “Karantin rejiminin sərtləşdirilməsi vətəndaşın sağlamlığının qorunmasına xidmət edir”
    Həftəsonu qadağalarla bağlı jurnalistlərin nəzərinə!
    Həftəsonu qadağalarla bağlı jurnalistlərin nəzərinə!
    Şərəfli vəzifəyə yiyələnən Höccət Əsədullayev bu işin müqəddəsliyini qoruyub saxlayır - ÖZƏL
    Şərəfli vəzifəyə yiyələnən Höccət Əsədullayev bu işin müqəddəsliyini qoruyub saxlayır - ÖZƏL
    Həftəsonu küçəyə çıxanları hansı cəza gözləyir? — VİDEO
    Həftəsonu küçəyə çıxanları hansı cəza gözləyir? — VİDEO
  • «    İyun 2020    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930