Şər və Böhtan yazanlara tutarlı cavab - Müstəqim Məmmədov - ÖZƏL

Şər və Böhtan yazanlara tutarlı cavab - Müstəqim Məmmədov - ÖZƏL


Dövlət Bayrağı Günü Tərtər rayonunda bayram əhval-ruhiyyəsi ilə qeyd edilib


Dövlət Bayrağı Günü cəbhə bölgəsində yerləşən Tərtər rayonunda bayram əhval-ruhiyyəsi ilə qeyd edilib. Tərtərlilər dövlət bayrağına olan sevgi və ehtiramlarını möhtəşəm yürüşlə ifadə ediblər. Tərtər Rayon İcra Hakimiyyəti təşkilatçılığı ilə keçirilən “Bayraq yürüşü”ndə Milli Məclisin deputatı Sahib Alıyev, Müdafiə Nazirliyinin, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri, hərbçilər, Qarabağ müharibəsi veteranları, gənclər, idmançılar, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri, ümumilikdə 6 minə yaxın rayon sakini iştirak ediblər.

Yürüş Heydər Əliyev prospektindən Dövlət Bayrağı Meydanına qədər davam edib. Tədbir Azərbaycanın Dövlət Himninin oxunması ilə başlanıb.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edib, Dövlət Bayrağı Gününün qeyd olunmasını dövlətçilik tariximizin əlamətdar hadisəsi kimi qiymətləndirib. Bildirib ki, üçrəngli bayrağımızın yüksəklərdə dalğalanması üçün xalqımız çətin, eyni zamanda, şanlı mübarizə yollarından keçib. Minlərlə Vətən övladının qanı bahasına başa gəlmiş bayrağımızın dövlət atributuna çevrilməsi, müstəqil Azırbaycanın səmalarında dalğalanması və dünya birliyi tərəfindən tanınması xalqımızın apardığı mücadilənin nəticəsidir.

Qeyd olunub ki, hər bir Azərbaycan vətəndaşı millət və dövlət kimi varlığımızın sübutu, atalarımızın əmanəti olan, uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı sevir və onunla qürur duyur. Respublikamızın bütün bölgələrində olduğu kimi Tərtər şəhərində də bayraq meydanının inşa edilməsi və hazırda Dövlət Rəmizləri muzeyinin tikintisi bayrağımıza olan sevgi və ehtiramın göstəricisidir. Meydanda 65 metr hündürlükdə dalğalanan bayrağımız cəbhə bölgəsində yaşayan tərtərlilərin qəlbini fərəh və qürur hissi ilə doldurur.

Sonra Milli Məclisin deputatı Sahib Alıyev, rayon prokuroru Şıxəli Alməmmədov, polis şöbəsinin rəisi Elçin Qasımov, N saylı hərbi hissənin komandir müavini Namiq Cavadov, Qarabağ qazisi Nazim Quluyev, “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Cəmil Əliyev atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasında tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Çıxışlarda Ali Baş komandanın qətiyyəti, Azərbaycan ordusunun qüdrəti sayəsində qürur mənbəyimiz olan üçrəngli bayrağımızın hazırda işğal altında olan torpaqlarımızda dalğalanacığına əminlik ifadə edilib.
Daha sonra əsgərlər döyüş hazırlığı səviyyəsini nümayiş etdiriblər. Tədbir konsert proqramı ilə davam edib. Rayon Mədəniyyət Mərkəzinin kollektivi, Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs dərinəyinin üzvləri və məktəblilər Vətənə, bayrağımıza həsr olunan mahnı, şeir və rəqslər təqdim ediblər.

Tədbirdə rayon rəhbəri tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təltif edilmiş Qarabağ qazisi İlham Mustafayevə “Azərbaycan Bayrağı” ordeni, Ayaz Məmmədova “Hərbi xidmətlərə görə” Azərbaycan Respublikasının medalı və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən təltif edilmiş Raqil Ağayevə “Vətən naminə” medalları təqdim edildi.


Şər və Böhtan yazanlara tutarlı cavab - Müstəqim Məmmədov - ÖZƏL
Şər və Böhtan yazanlara tutarlı cavab - Müstəqim Məmmədov - ÖZƏL



P.S. Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Son günlər ölkə KIV-lərində Müstəqim Məmmədov haqqında həqiqətə uyğun olmayan, gülünc doğuran yazılar dərc edirlər.

Bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədov üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Bütün bu hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Gunxeber.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədov haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.

İlk olaraq diqqəti, Tərtərdəki inkişafı, yeniləşməni, müasirləşməni, insanların həyat səviyyəsinin yüksəlməsini, rayonun davamlı və çoxistiqamətli inkişafını görmək istəməyənlərin diqqətini görülən işlərə yönəltmək istərdik. Qeyd edək ki, rayona gələn gündən başlayaraq rayon icra hakimiyyətinin başçısı tikinti-abadlıq işlərində, mənəvi quruculuqda təbəddülat yaratdı. İlk növbədə məmur özbaşnalığına qarşı qanunsuz yolla çıxmağın arzuolunmaz nəticələri aradan qaldırıldı.

Tərəqqi meylləri respublikamızın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da özünü bütün sahələrdə göstərməkdədir. Hörmətli Müstəqim Məmmədovun başçılıq etdiyi Tərtər Rayon İcra Hakimiyyəti rayonun tərəqqipərvər, zəhmətsevər vətəndaşlarının qüvvələrini səfərbər edib inkişafa yönəltməyə nail olmuşdurlar.
Azərbaycanın hər bir bölgəsi kimi, Tərtər rayonunda da regionların inkişafı dövlət proqramlarının icrası rayon iqtisadiyyatının inkişafına, abadlıq quruculuq işlərinin və yeni sosial obyektlərin tikintisinin aparılmasına, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı və sahibkarlara dəstək verilməsi, yeni iş yerlərinin yaradılması, əhalinin məşgulluğunun artırılması və rayon sakinlərinin yaşayış səviyyəsinin yüksəldilməsinə ciddi təkan olmuşdur. Tərtər cəbhə xəttində yerləşən, ən gərgin döyüşlərin getdiyi rayonlarımızdan biridir. Erməni işğalçılarının mütəmadi olaraq atəşkəs rejimini pozması, təxribatlara əl atmaq üçün dəridən, qabıqdan çıxması fonunda gərginlik yaşayan rayonda həyat qaynayır. Bu qaynamanın səbəbi Tərtər camaatının təsərrüfat işlərində fəal olması və rayonun icra başçısı Müstəqim Məmmədovun gərgin iş qrafikidir. Əhalinin sosial-məişət problemlərinin öyrənilməsi, bilavasitə yerində həll edilməsi, icra orqanları və digər yuxarı təşkilatlarla əhali arasında daha sıx ünsiyyət yaradılması üçün ərazilərdə mütəmadi keçirilən görüşlərin böyük səmərəsi olur. Bütün məsələlərə diqqətlə yanaşılır və müvafiq tədbirlər görülür. RİH başçısı cənab Müstəqim Məmmədov dövlət başçısının tapşırığına əsasən hər həftənin müəyyən olunmuş günü kəndlərdə əhali ilə səyyar görüş-qəbullar keçirir, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyatı üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verir.Müstəqim Məmmədov yüksək səmimiyyət şəraitində keçirilən belə görüşlərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin ildən-ilə daha da inkişaf edərək dünyada nüfuzunun artdığını, ordu quruculuğu sayəsində əldə olunan nailiyyətləri, əhalinin həyat səviyyəsinin dayanmadan yüksəldiyini qeyd edir, bütün məcburi köçkünlərin qayğılarının daim dövlətimizin nəzarətində olduğunu bildirir. Rayon rəhbəri çıxışlarında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində torpaqlarımızın yağı düşməndən azad ediləcəyi günün uzaqda olmadığını xüsusi qeyd edir, məcburi köçkünlərin tezliklə ata-baba yurdlarına dönəcəklərinə əminliyini vurğulayır.

Səyyar qəbullarda bütün vətəndaşların müraciətləri dinlənilir. Müraciətlərlə bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verən Müstəqim Məmmədov məsələlərin aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsinə göstəriş verir. Qəbullarda iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə, RİH başçısına öz minnətdarlıqlarını bildirirlər. Müstəqim Məmmədov bir çox hallarda sakinlərin evlərində olur, onların qayğı və problemləri ilə yerindəcə tanış olur. Vətəndaşların yaşayış şəraitinin, sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, rayonun maddi cəhətdən imkansız ailələrinə diqqət artırılmışdır.

Hazırda rayonda aparılan işlər sırasında mühüm yerlərdən birini də sahibkarlığın inkişaf etdirilməsidir. Dövlət başçısının təlimatı əsasında həyata keçirilən işlərin Tərtərdə də yüksək səviyyədə reallaşdırdığı müşahidə edilir. Belə ki, Müstəqim Məmmədov rayonda sahibkarlığın inkişafı üçün zəruri olan bütün addımları atır. Bununla bağlı, hətta xüsusi nəzarət işləri də reallaşdırılır. İcra başçısı özü də bildirir ki, dövlət tərəfindən iş adamlarına bütün dəstək verilir. Onlar üçün mövcud olan bütün bürokratik əngəllər aradan qaldırılır. Tərtər rayonunda fəaliyyət göstərən sahibkarlar da deyirlər ki, hal hazırda onlar üçün zəruri olan bütün şərait yaradılıb.
Rayonun kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə də bir sıra addımlar atılır. Tərtər camaatının əsas məşğuliyyətinin əkinçilik və heyvandarlıq olduğu məlumdur. Hazırda Müstəqim Məmmədovun rəhbərliyi altında bu sahələrdə bir sıra yeniliklərin edildiyi, böyük naliyyətlər əldə edilməsi üçün zəruri təxirə salınmaz addımlar atılır. Əhali ilə görüşlər keçirilərək, onların problemləri dinlənilir və yardımlar edilir. Məsələn, icra başçısının sonuncu belə görüşü Surov kəndində təşkil olunub. Əhali ilə söhbət zamanı onları dinləyən Müstəqim Məmmədov, problemləri aradan qaldırmaq üçün lazım olan addımları atacağını bildirib.

Rayonda işsizliyin aradan qaldırılması, yeni iş yerlərinin açılması sahəsində də əsaslı addımlar atılıb. Müstəqim Məmmədovun gərgin əməyinin nəticəsi olaraq Tərtərdə bir ildə xeyli iş yerləri açılıb, yeniləri isə açılmaq üzrədir. 2020-ci ildə də Tərtər rayonu bu sahədə ən öncüllərdən biri olacağı şübhə doğurmur.

Şər və Böhtan yazanlara tutarlı cavab - Müstəqim Məmmədov - ÖZƏLŞər və Böhtan yazanlara tutarlı cavab - Müstəqim Məmmədov - ÖZƏLŞər və Böhtan yazanlara tutarlı cavab - Müstəqim Məmmədov - ÖZƏLŞər və Böhtan yazanlara tutarlı cavab - Müstəqim Məmmədov - ÖZƏL




Fikirlər

  • ARAŞDIRMA

    “Türk əsgərlərinin şəhid olması xəbərini dərin kədər hissi ilə qarşıladım” – İlham Əliyev
    “Türk əsgərlərinin şəhid olması xəbərini dərin kədər hissi ilə qarşıladım” – İlham Əliyev
    Türk əsgərlərinə dəhşətli hücumun əsl səbəbi bu imiş – ŞOK DETALLAR ÜZƏ ÇIXDI
    Türk əsgərlərinə dəhşətli hücumun əsl səbəbi bu imiş – ŞOK DETALLAR ÜZƏ ÇIXDI
    Üç general istefaya göndərildi — SƏRƏNCAM
    Üç general istefaya göndərildi — SƏRƏNCAM
    İlham Əliyev Milli Fəaliyyət Planını təsdiq etdi — SƏRƏNCAM
    İlham Əliyev Milli Fəaliyyət Planını təsdiq etdi — SƏRƏNCAM
  • ƏN ÇOX OXUNAN

    “Türk əsgərlərinin şəhid olması xəbərini dərin kədər hissi ilə qarşıladım” – İlham Əliyev
    “Türk əsgərlərinin şəhid olması xəbərini dərin kədər hissi ilə qarşıladım” – İlham Əliyev
    Türk əsgərlərinə dəhşətli hücumun əsl səbəbi bu imiş – ŞOK DETALLAR ÜZƏ ÇIXDI
    Türk əsgərlərinə dəhşətli hücumun əsl səbəbi bu imiş – ŞOK DETALLAR ÜZƏ ÇIXDI
    Köçkünlər verilən mənzillərdən razı qalmadılar, qarşıdurma oldu – Saxlanılanlar var
    Köçkünlər verilən mənzillərdən razı qalmadılar, qarşıdurma oldu – Saxlanılanlar var
    Prezident Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında
    Prezident Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında
    Başın sağ olsun, Kardeş Türkiye! – Azərbaycan XİN
    Başın sağ olsun, Kardeş Türkiye! – Azərbaycan XİN
    Prezidentdən kommunal xidmətlərlə bağlı qərar
    Prezidentdən kommunal xidmətlərlə bağlı qərar
    Vilayət Eyvazov mayoru rəis təyin etdi – ƏMR
    Vilayət Eyvazov mayoru rəis təyin etdi – ƏMR
    İpoteka və Kredit Zəmanət Fondundan kirayə mənzillərlə bağlı MÜHÜM AÇIQLAMA
    İpoteka və Kredit Zəmanət Fondundan kirayə mənzillərlə bağlı MÜHÜM AÇIQLAMA
    Prezident yeraltı piyada keçidinin açılışında – FOTOLAR
    Prezident yeraltı piyada keçidinin açılışında – FOTOLAR
    Bakıdan gedən daha bir şəxsdə koronavirus aşkarlandı
    Bakıdan gedən daha bir şəxsdə koronavirus aşkarlandı
    Sumqayıt hadisələri: Ermənilərin törətdikləri təxribatdan 32 il ötür
    Sumqayıt hadisələri: Ermənilərin törətdikləri təxribatdan 32 il ötür
    Üç general istefaya göndərildi — SƏRƏNCAM
    Üç general istefaya göndərildi — SƏRƏNCAM
    Bakıda kütləvi dava — Yaralılar var
    Bakıda kütləvi dava — Yaralılar var
    Ərdoğanla Putin razılaşır, Qarabağa qoşun yeridilir və ərazilər… – Ermənistandan SENSASİYA
    Ərdoğanla Putin razılaşır, Qarabağa qoşun yeridilir və ərazilər… – Ermənistandan SENSASİYA
    Azərbaycandan İtaliyaya hava reysləri təxirə salındı — RƏSMİ
    Azərbaycandan İtaliyaya hava reysləri təxirə salındı — RƏSMİ
  • «    Fevral 2020    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    242526272829