Rusiyada zavodda partlayış: Ölən və yaralananlar var - SON DƏQİQƏ

Oxunma sayı: 90
24-11-2020, 11:45

Rusiyada zavodda partlayış: Ölən və yaralananlar var - SON DƏQİQƏ


Rusiya Federasiyasının Başqırdıstan Respublikasında yerləşən “Avanqard” partlayıcı maddələr istehsal edən zavodda partlayış olub.
Report xəbər verir ki, bu barədə Başqırdıstanın Səhiyyə Nazirliyindən bildirilib.

Sterlitamak şəhərində baş verən hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

“Avanqard”da neft-qaz sənayesi və Rusiyanın Müdafiə Nazirliyi üçün partlayıcı istehsal olunur. Zavodun məhsullarından hərbi sahədə reaktiv sistemlərin sursatının yayılım atəşinin utilizasiyasında istifadə edilir.

“Avanqard”ın Rusiya Ticarət Sənayesi Nazirliyinin tabeliyində olduğu bildirilib.

Paylaş
Xəbər lentİ