Şuşanın ətrafı minalardan təmizlənir - VİDEO

Oxunma sayı: 125
30-11-2020, 16:01

Şuşanın ətrafı minalardan təmizlənir - VİDEO


RF Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağda sülhməramlı əməliyyat zonasını minalardan təmizləməyə davam edir.
Oxu.az xəbər verir ki, RT Şuşa ətrafında təxminən üç kilometr uzunluğundakı hissəsinin istehkamçılar tərəfindən təmizlənməsinin kadrlarını paylaşıb.

Məlumata görə, son 24 saatda 100-dən çox mina və partlamamış döyüş başlığı tapılıb.

Ümumilikdə isə Dağlıq Qarabağda həyata keçirilən sülhməramlı əməliyyat zamanı mühəndis bölmələri 24 hektardan çox ərazini və səkkiz kilometrdən çox yolu təmizləyib, 750-dən çox partlayıcı maddə aşkar edərək zərərsizləşdirib.

Paylaş
Xəbər lentİ