Əsas Səhifə > bolge > Koronovirusla mübarizə məqsədi ilə İsmayıllıda yol polisi maraqlı aksiya keçirib - FOTO

Koronovirusla mübarizə məqsədi ilə İsmayıllıda yol polisi maraqlı aksiya keçirib - FOTO


23-03-2020, 13:45
Koronovirusla mübarizə məqsədi ilə İsmayıllıda yol polisi maraqlı aksiya keçirib - FOTO


İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı Respublikada həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək məqsədi ilə maraqlı aksiya təşkil edilib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, İsmayıllı RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən avtonəqliyyat vasitələri saxlanılaraq, sürücü və sərnişinlərə tibbi spirt, maska və əlcək verilib. Həmçinin gigiyena qaydalarına riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb. Polis əməkdaşları həmin şəxslərə evdə qalmaları və ehtiyac olmadığı təqdirdə çölə çıxmamalarını tövsiyyə ediblər.

Sürücülər də onlara göstərilən diqqət və qayğıya görə, öz minnətdarlıqlarını bildiriblər.

Koronovirusla mübarizə məqsədi ilə İsmayıllıda yol polisi maraqlı aksiya keçiribKoronovirusla mübarizə məqsədi ilə İsmayıllıda yol polisi maraqlı aksiya keçirib

Koronovirusla mübarizə məqsədi ilə İsmayıllıda yol polisi maraqlı aksiya keçirib - FOTO
Koronovirusla mübarizə məqsədi ilə İsmayıllıda yol polisi maraqlı aksiya keçirib - FOTO

Geri qayıt