Uşaq evində böyüyən biznesmen küçədə ölən atasına sahib çıxdı — Bakıda ŞOK HADİSƏ

Uşaq evində böyüyən biznesmen küçədə ölən atasına sahib çıxdı — Bakıda ŞOK HADİSƏ

Bakıda qəribə hadisə baş verib. Küçədə ölən “bomj”un arxasınca son model "Audi" avtomobilində gəliblər.
"Ölkə.Az" sputnik.az-a istinadən xəbər verir ki, mayın 24-də Nərimanov rayonunun 18-ci Polis İdarəsinin ərazisində küçədə yaşayan kimsəsiz şəxsin meyiti tapılıb. Yaşlı “bomj” Gəncə şəhər sakini, 1957-ci il təvəllüdlü Quliyev Adil İbrahim oğlu olub. Yaşlı kişi “hostel” deyilən yerdə ölüb. Kişi günə 2-3 manat verərək həmin yerdə yaşayırmış.

Məlumata görə, Nərimanov rayonunda yaşayan qadın evinin həyətində it damına bənzər kiçik otaqlar tikdirib və həmin otaqları günü 2-3 manat müqabilində "Yaşıl bazar"da işləyənlərə və evsizlərə verir. Həmin evlərdə hətta bomjlar da gecələyirlər.

Hüquq-mühafizə orqanlarının işçiləri deyir ki, bu hostel bir çox insanın son sığınacağı olub. Onları çox zaman buradan Patoloji Anatomiya Birliyinə (morqa) aparılırlar.

Quliyev morqa çox pis halda gətirilib. Üst başı çirk içində olub. Hətta iydən cəsədə yaxın düşmək olmayıb. Paltarları meyitin üzərindən çıxarılandan sonra cəsəd yuyulub, daha sonra yarılıb. Müayinələrdən sonra məlum olub ki, bomj qara ciyər serrozundan ölüb.
Morq işçilərini heyrətləndirən isə mayın 25-də baş verən səhnə olub. Səhəri gün morqa 150 min manatlıq qiyməti olan avtomobil ilə bir kişi gəlib. O, işçilərə özünü təqdim edərək Quliyev Adilin oğlu olduğunu deyib. O, dəfn etmək üçün atasının meyitini aparmağa gəlib.

İmkanlı oğul taleyini işçilərə danışaraq deyib ki, 11 yaşı olanda atası onu uşaq evinə verib. Atası qumar oynayırmış, spirtli içki düşkünüymüş. Bir gün övladlarından da imtina edərək “bomj” həyatını yaşamağa başlayıb.

Uşaq evində yaşayan şəxs üçün karyera qurmaq heç də asan deyil. Amma Quliyevin 40 yaşlı oğlu bütün çətinliklərə sinə gələrək biznesdə uğur qazana bilib. Hətta imkanlı oğul morqda olan zaman da telefonları susmayıb.

Bu da tale. Quliyev haradan biləydi ki, vaxtilə imtina etdiyi 11 yaşlı oğlu 30 ildən sonra onu son mənzilə yola salacaq…

Fikirlər

  • ARAŞDIRMA

    Azərbaycanın bütün bölgələrində koronavirusa yoluxma var — RƏSMİ
    Azərbaycanın bütün bölgələrində koronavirusa yoluxma var — RƏSMİ
    İbrahim Məmmədovdan fövqəladə vəziyyət AÇIQLAMASI — VİDEO
    İbrahim Məmmədovdan fövqəladə vəziyyət AÇIQLAMASI — VİDEO
    İlham Əliyevdən Aprel döyüşləri ilə bağlı paylaşım — FOTO
    İlham Əliyevdən Aprel döyüşləri ilə bağlı paylaşım — FOTO
    Böyük zəfərin başlanğıcı — Aprel döyüşlərindən 4 il ötür
    Böyük zəfərin başlanğıcı — Aprel döyüşlərindən 4 il ötür
  • ƏN ÇOX OXUNAN

    AQGF prezidenti Cəsarət Əhmədovun müraciəti - VİDEO

    Evdən çıxan vətəndaşlar SMS-lə icazə alacaq — RƏSMİ + VİDEO
    Evdən çıxan vətəndaşlar SMS-lə icazə alacaq — RƏSMİ + VİDEO
    SON DƏQİQƏ: Bu taksi sürücüləri cərimələnəcək — RƏSMİ
    SON DƏQİQƏ: Bu taksi sürücüləri cərimələnəcək — RƏSMİ
    Əhaliyə ödəmələr başlayır — ŞAD XƏBƏR
    Əhaliyə ödəmələr başlayır — ŞAD XƏBƏR
    Baş nazirdən qərar — Bu texnikalar ƏDV-dən azad edildi
    Baş nazirdən qərar — Bu texnikalar ƏDV-dən azad edildi
    Sürücülərə xəbər var — Qanun dəyişir
    Sürücülərə xəbər var — Qanun dəyişir
    Sürücülərə ŞAD XƏBƏR — Karantin rejimində buna görə cərimə olunmayacaqlar
    Sürücülərə ŞAD XƏBƏR — Karantin rejimində buna görə cərimə olunmayacaqlar
    Prezident bu ASC-yə vəsait ayırdı — SƏRƏNCAM
    Prezident bu ASC-yə vəsait ayırdı — SƏRƏNCAM
    Kəlbəcərin işğalından 27 il keçir
    Kəlbəcərin işğalından 27 il keçir
    İlham Əliyevdən Aprel döyüşləri ilə bağlı paylaşım — FOTO
    İlham Əliyevdən Aprel döyüşləri ilə bağlı paylaşım — FOTO
    Böyük zəfərin başlanğıcı — Aprel döyüşlərindən 4 il ötür
    Böyük zəfərin başlanğıcı — Aprel döyüşlərindən 4 il ötür
    ŞAD XƏBƏR: Əhaliyə elektrik enerjisi ilə bağlı gözlənilən QƏRAR VERİLDİ
    ŞAD XƏBƏR: Əhaliyə elektrik enerjisi ilə bağlı gözlənilən QƏRAR VERİLDİ
    SON DƏQİQƏ! Əhaliyə ediləcək köməklə bağlı Nazirlik siyahını AÇIQLADI
    SON DƏQİQƏ! Əhaliyə ediləcək köməklə bağlı Nazirlik siyahını AÇIQLADI
  • «    Aprel 2020    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930