Prezidentin Xudafərinə sürdüyü avtomobilin özəllikləri - Video

Oxunma sayı: 85
18-11-2020, 11:11

Prezidentin Xudafərinə sürdüyü avtomobilin özəllikləri - Video


Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən eyni adlı şəhərlərə səfəri zamanı istifadə etdiyi avtomobil maraq doğurub.

“Qafqazinfo” xəbər verir ki, “AzCan Sentry” zirehli maşınının özəllikləri barədə Xəzər TV-nin “Birinci studiya” proqramında danışılıb.

Bildirilib ki, “AzCan” təhlükəsizlik sahəsində müştərək Azərbaycan-Kanada müəssisəsidir və avtomobil həmin müəssisədə hazırlanır. Maşın 8 nəfərlik heyəti daşımaq üçün nəzərdə tutulub və üzərində müxtəlif növ silahları quraşdırmaq mümkündür.

Qeyd edilib ki, 17 ton ağırlığında olan “AzCan Sentry” 362 at gücündə, 6-7 litrlik dizel mühərrikinə sahibdir və tank əleyhinə minalara davamlıdır.

Zirehli avtomobil iki modeldə istehsal edilir və 20 kilometr məsafədə hərəkəti müəyyən edə bilər.

Paylaş
Xəbər lentİ