Dörd gün sonra 45 yaşı olacaq - Suqovuşanı fəth edən general

Dörd gün sonra 45 yaşı olacaq - Suqovuşanı fəth edən general


Oktyabrın 3-ü Prezident İlham Əliyevin elan etdiyi Suqovuşan kəndi və yüksəkliyinin işğaldan azad edilməsinə görə Ali Baş Komandan tərəfindən təbrik edilən 1-ci Ordu korpusunun komandiri, general-mayor Hikmət Həsənovun şəxsiyyəti və bioqrafiyası geniş ictimaiyyət üçün yenidən maraq kəsb edib.
Həsənov Hikmət Hüseyn oğlu 1975-ci il oktyabrın 9-da Füzuli rayonunun Pirəhmədli kəndində anadan olub.

Orta məktəbdə oxuduğu vaxt Ermənistan Füzuli rayonunu və generalın doğulduğu kəndi işğal edib. Bu hadisədən sonra Hikmət Həsənov hərbçi olmaq fikrini qətiləşdirib.

1992-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olub. Bir müddət sonra elə həmin ildə cəbhədə vəziyyətin pis olduğunu görüb və ərizə yazaraq təhsilini yarımçıq qoyaraq doğma kəndi uğrunda döyüşlərə qatılıb. 1993-cü ildə Tərtərdə “N” saylı hərbi-hissədə tağım komandiri kimi xidmətə başlayıb. 1994-cü ildə Türkiyədə altı ay kurs keçib, daha sonra xidmətini Ağdamda “N” saylı briqadada davam etdirib. Bölük komandiri, tabor komandiri vəzifəsinə kimi yüksəlib.

2002-ci ildə təhsilini davam etdirmək üçün Çin Xalq Azadlıq Ordusunun Nangin quru qoşunları ali hərbi akademiyasına daxil olub, akademiyanı xüsusi fərqlənmə ilə bitirib, xüsusi döş nişanı ilə təltif olunub. 2003-cü ildə vətənə qayıdaraq Qazaxda “N” saylı hərbi hissədə briqada komandirinin MTT üzrə müavini təyin edilib, bir neçə ay sonra Tovuzda “N” saylı briqadanın qərargah rəisi kimi xidmətinə davam edib. 2004-cü ildə Tovuz istiqamətində əsgəri Dilqəmlə erməni postunu ələ keçirdiyinə görə komandanlıq tərəfindən briqada komandiri vəzifəsinə yüksəldilib. Həmin döyüşdə əsgəri Dilqəm şəhid olduğu üçün, hazırda da həmin post Şəhid Dilqəmin adını daşıyır.

Dörd gün sonra 45 yaşı olacaq - Suqovuşanı fəth edən general


2005-2008-ci illərdə xidmətini Gəncədə “N” saylı briqadanın komandiri kimi davam etdirib. 2008-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olub, 2010-cu ildə akademiyanı fərqlənmə ilə bitirib. Elə həmin il Pirəküşküldə Müdafiə Nazirliyi tərəfindən yaradılan NATO taborunun yerləşdiyi briqadaya komandir təyin edilib, NATO təlimlərində qarşıya qoyulan tapşırığı ingiliscə məruzə edən ilk azərbaycanlı hərbçi olub.

2013-cü ildə təhsilini artırmaq üçün Almaniyaya gedib, NATO əməliyyat planlaşdırması kursunu keçib, NATO əməliyyat qərargahında qərargah zabiti kimi praktika keçib.

2014-cü ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə yeni yaranan, strukturu yenidən qurulan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun qərargah rəisi təyin edilib. Bundan öncə isə Bakıdakı “N” saylı hərbi hissənin komandiri vəzifəsində çalışıb.

2014-cü il iyunun 26-da Silahlı Qüvvələrin yaranmasının 96-cı ilində Ali Baş Komandanın sərəncamı ilə general-mayor rütbəsi verilib.

2014-cü il dekabrın 28-də Ali Baş Komandanın sərəncamı ilə Silahlı Qüvvələrin ən təhlükəli, strateji postu olan “N” saylı birləşmənin komandiri təyin olunub. Komandirliyi dövründə 2015-2017-ci illərdə Ağdam-Tərtər-Goranboy istiqamətində düşmən tərəfi ciddi itkilər verib.

2016-cı ildə aprel döyüşlərində cəbhənin 3 istiqamətində: Ağdam-Tərtər-Goranboy cəbhəsindəki döyüşləri idarə edib. Apreldə rəhbərlik etdiyi döyüşdə ordumuz ilə 2 saat ərzində düşmənin 24 illik “Ohanyan müdafiə xətti”ni yararaq Talış yüksəkliklərinə qalxıb, düşmənin 21 postunu dağıdaraq 7 strateji yüksəkliyi düşməndən təmizləyib.

İngilis, rus, türk, fars, erməni dillərini mükəmməl bilir.

Dörd gün sonra 45 yaşı olacaq - Suqovuşanı fəth edən general


2018-ci ildə Prezidentin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bundan başqa, Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi, 95 illiyi, 100 illiyi yubiley medalları və “Qüsursuz xidmətə görə” medalı ilə təltif olunub.

H.Həsənov 2018-ci ildə Ordu.az saytına müsahibəsində “Aprel döyüşləri”ndən və o zaman üçün gələcəkdə nəzərdə tutulan planlardan danışıb:

“Təbii ki, bizim planlarmız çoxdur. Həyata keçirilən cavab tədbirləri planlarımızın yalnız bir qismi idi. Xalqımızın bu məsələlərə yanaşmasında bir daha əmin olduq ki, xalq torpaqların azad edilməyini ürəkdən istəyir, vətənpərvərlik hissi müşahidə edilir. O cümlədən Ermənistan ordusunun qabiliyyətini və bu məqsədlərə reaksiyasının yoxlanılmasını həyata keçirdik. Bir də bizim ordunun döyüş-kəşfiyyat qabiliyyətini idarə etmək bacarığını və əlimizdə olan müasir silah sistemlərninin toplanışı, həmçinin bir neçə dəfə yoxlanışı və testi keçirildi.

Düşmənin haraya nə qüvvə yığmasından asılı olmayaraq, bütün dərinlik boyu hava məkanına nəzarətimiz var. Düşmənin hansı bölməsinin harada yerləşdiyini, nə zaman təlimə çıxdıqlarını, hansı təlimlərin keçdiyini tam şəkildə müşahidə edə, izləyə bilirik. Təbii ki, düşmənin məğlubiyyətini eyni zamanda düşmənin bütün obyektlərinə sarsıdıcı zərbələr endirərək ərazi bütövlüyümüzün təmin olunması məqsədilə irimiqyaslı əməliyyatlar keçirməyimizi də görürəm”.

Dörd gün sonra 45 yaşı olacaq - Suqovuşanı fəth edən general


H.Həsənovun iki il öncə düşməni hava məkanından tam nəzarətdə saxladığını bu gün Müdafiə Nazirliyinin düşmənin hərbi texnikasını məhv etməsinə dair yayımladığı video görüntülərdən də görürük.

General Həsənov 2018-ci ildə başqa bir müsahibəsində isə Ermənistan ordusunun baş qərargah rəisinin çıxışında bildirdiyi “Azərbaycan bir daha bu tip hücumları edə bilməyəcək. Biz hər bir şeyə hazırıq” bəyanatına isə belə münasibət bildirmişdi:

“Hərbçi kimi bu fikirləri qiymətləndirmək istəyirəm. O, hərbi məktəb bitiribsə, bilməli idi ki, bir əməliyyat ikinci dəfə təkrarlanmır. Hər bir əməliyyatın öz xüsusiyyəti, tipi və növü var. O, elə düşünür ki, biz yenə 2016-cı ilin aprelindəki kimi tədbirlərə əl atacağıq. Bizim hazır vəziyyətdə bir neçə planımız var. Növbəti dəfə biz düşmənə daha sarsıdıcı zərbə vuraraq, onların döyüş əzm və iradəsini qırıb, onları bizim haqq işimizə imza atmağa məcbur edəcəyik. Buna əmin ola bilərlər”.

Dörd gündən sonra, oktyabrın 9-da Hikmət Həsənovun 45 yaşı tamam olur.“Qafqazinfo”

Dörd gün sonra 45 yaşı olacaq - Suqovuşanı fəth edən general
Dörd gün sonra 45 yaşı olacaq - Suqovuşanı fəth edən general
Dörd gün sonra 45 yaşı olacaq - Suqovuşanı fəth edən general
Dörd gün sonra 45 yaşı olacaq - Suqovuşanı fəth edən general




Fikirlər

  • ARAŞDIRMA

    İlham Əliyev:
    İlham Əliyev: "İşğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcəyik"
    Ali Baş Komandan:
    Ali Baş Komandan: "Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü"
    Azərbaycan tarixinə qızıl hərflərlə HƏKK OLUNAN BÖYÜK SƏRKƏRDƏ! - iki əsrə yaxın məğlubiyyət sindromuna son qoyulur
    Azərbaycan tarixinə qızıl hərflərlə HƏKK OLUNAN BÖYÜK SƏRKƏRDƏ! - iki əsrə yaxın məğlubiyyət sindromuna son qoyulur
    Prezident İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsinin TAM MƏTNİ
    Prezident İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsinin TAM MƏTNİ
  • ƏN ÇOX OXUNAN

    Bakı Polisindən təhlükəsizlik tədbirləri ilə bağlı VACİB AÇIQLAMA: “Şübhəli əşyalara toxunmayın”
    Bakı Polisindən təhlükəsizlik tədbirləri ilə bağlı VACİB AÇIQLAMA: “Şübhəli əşyalara toxunmayın”
    “Ordumuz Yuxarı Qarabağ istiqamətində inamla irəliləyir”
    “Ordumuz Yuxarı Qarabağ istiqamətində inamla irəliləyir”
    İlham Əliyev:
    İlham Əliyev: "İşğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcəyik"
    Dövlət başçısı:
    Dövlət başçısı: "Ermənistanın hərbi hücumundan sonra biz özümüzü müdafiə etməli idik"
    İlham Əliyev Qarabağla bağlı gələcək planından danışıb
    İlham Əliyev Qarabağla bağlı gələcək planından danışıb
    Hikmət Hacıyev: “Ermənistan tərəfindən atılan “Smerç” yaşayış evinin həyətinə düşüb”
    Hikmət Hacıyev: “Ermənistan tərəfindən atılan “Smerç” yaşayış evinin həyətinə düşüb”
    İlham Əliyev:
    İlham Əliyev: "Azərbaycan tərəfində heç bir əcnəbi döyüşçü yoxdur"
    Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib
    Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib
    Ceyhun Bayramov Mayk Pompeo ilə görüşünü şərh etdi - FOTO
    Ceyhun Bayramov Mayk Pompeo ilə görüşünü şərh etdi - FOTO
    C.Əhmədov: “Ali Baş Komandan gələcək nəsillərin qəlbində əbədi bir qürur mənbəyi olaraq yaşayacaq!”
    C.Əhmədov: “Ali Baş Komandan gələcək nəsillərin qəlbində əbədi bir qürur mənbəyi olaraq yaşayacaq!”
    Sabah 25 dərəcə isti olacaq
    Sabah 25 dərəcə isti olacaq
    Ermənistan ordusunun real mənzərəsi: Dişləri tökülmüş “qoca qvardiya” - VİDEO
    Ermənistan ordusunun real mənzərəsi: Dişləri tökülmüş “qoca qvardiya” - VİDEO
    Kürd əsilli muzdluların Ermənistan tərəfdə döyüşdüyü təsdiqlənib -  VİDEO
    Kürd əsilli muzdluların Ermənistan tərəfdə döyüşdüyü təsdiqlənib - VİDEO
    Erməni hərbçilər danışır:
    Erməni hərbçilər danışır: "Qaçdım, mənə 8 nəfər qoşuldu"
    Daha bir vəzifəli erməni Qarabağda məhv edildi
    Daha bir vəzifəli erməni Qarabağda məhv edildi
  • «    Oktyabr 2020    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031